Usta faciəvi şəkildə öldü - Bakıda

Bakıda 28 yaşlı usta faciəvi şəkildə ölüb.
Anews.az "Report”a istinadən xəbər verir ki, hadisə dekabrın 17-də saat 10 radələrində paytaxtın Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsindəki evlərdən birində baş verib.Belə ki, 1993-cü il təvəllüdlü Əli Abbasovu Müslüm Həsənova məxsus evin damında iş görərkən yuxarıdan keçən yüksək gərginlikli elektrik cərəyanı vurub.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























