• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Qazax yolunda mikroavtobus aşıb - Ölənlər var- YENİLƏNİB

Bakı-Qazax yolunda mikroavtobus aşıb - Ölənlər var-  YENİLƏNİB
29.05.2020 11:12
Səhiyyə Nazirliyi Ələtdə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən xəbərə görə, Ələt yolunda baş verən qəza barədə məlumat Təcili Tibbi Yardıma saat 10:15-də daxil olub. Hadisə nəticəsində bir nəfər yerində, 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bundan başqa, 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır. Həmin şəxs reanimasiyaya yerləşdirilib.

Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

***11:40
Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. (APA)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol