• $
  • €
  • ₽
  • ₺
  • £

İçində 45 ailə yaşayan bina sökülür - VİDEO

İçində 45 ailə yaşayan bina sökülür - VİDEO
21.12.2019 09:03
Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53 a ünvanında 45-ə yaxın ailənin yaşadığı bina sökülür. Özü də elə sakinlər yaşaya-yaşaya.

Yeniavaz.com Baku.TV-yə istinadən xəbər verir ki, qəzalı vəziyyətdə olan binanın sökülməsi üçün Binəqədi rayon icra hakimiyyəti tərəfindən sakinlərə 30 kvm-ə görə 30 min manat təklif edilib.

Sakinlər isə təklif olunan məbləğlə razılaşmır, həmin ərazidən yeni ev tələb edirlər.

Bina sakinləri bildirirlər ki, çıxıb gedək deyə tez-tez işığımızı, suyumuzu kəsirlər, təhlükə altında yaşayırıq. Sakinlər bir neçə dəfə şikayət etsələr də, Binəqədi rayon icra hakimiyyətindən bildiriş göndərilərək verilən məbləğlə razılaşmayacaqları təqdirdə onlara məsələnin məhkəmə yolu ilə həll ediləcəyi deyilib.

Problemlə bağlı Binəqədi rayon icra hakimiyyətinin əməkdaşı Kənan Kərimovun cavabı isə belə oldu

"Binada yaşayan bir çox ailələr artıq tam köçürülüblər. Hazırda isə digər sakinlərlə razılaşma işləri aparılır”.

Biz isə ümid edirik ki, problem hər iki tərəfin razılığı ilə, qanuni şəkildə öz həllini tapacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol