• $
  • €
  • ₽
  • ₺
  • £

Zibilliyə atılan uşaq böyüyüb milyonçu oldu

Zibilliyə atılan uşaq böyüyüb milyonçu oldu
29.05.2020 10:04
Milyonçu Freddi Fiqqersin həyatı nağılı xatırladır. 1989-cu ildə ABŞ-ın Florida ştatında dünyaya göz açan körpəni anası zibilliyə atır. O vaxt qadının ağlına da gəlmir ki, bu körpəni necə bir gələcək gözləyir.
"World of Buzz” milyonçunun həyatı haqqında məlumat yayıb.
Çarəsiz körpəni yoldan keçənlər görür və polisə xəbər edirlər. Uşaq xəstəxanaya yerləşdirilir, daha sonra isə bir ailəyə övladlığa verilir. Figgers ailəsi uşağa Freddi adını verir.

Uşaq özünü dərk edəndən sonra onu övladlığa götürmüş valideynləri əsl həqiqəti açıqlayırlar. Freddi həqiqəti bildiyi vaxtı belə xatırlayır:
"Bir az böyüyəndən sonra valideynlərim mənə hər şeyi danışdılar. Düzünü deyim ki, mən buna görə çox narahat olur və utanırdım”.
Freddinin 9 yaşı olanda atası ona işlənmiş kompüter alır. Məqsədi uşağın başını qatmaq və narahat edən problemlərdən uzaqlaşdırmaq olur. Lakin elə bu hədiyyə ilə uşaq başa düşür ki, gələcəyi texnologiyalarla bağlı olacaq.
13 yaşına kompüter təmirinə başlayan Freddi artıq 15 yaşında özünün kompüterlərin təmiri ilə məşğul olan şirkətini qurub.
Çox keçmir ki, yeniyetmə GPS-treker ixtira edir. Ayaqqabıya yerləşdirilən bu qurğunu Freddi valideynlərini izləmək üçün istifadə edir. Lakin bu cihaza böyük tələbat yaranır və Freddi buna görə, 2,2 milyon dollar qazanır.
Hazırda zibillikdən tapılan körpə "Figgers Wireless” adlı şirkətin sahibidir. Onun varidatı 62 milyon dollardan artıqdır.  

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol