• $
  • €
  • ₽
  • ₺
  • £

Üç uşağı dənizdə boğulan ata...

Üç uşağı dənizdə boğulan ata...
07.08.2014 15:49

Bakının Xəzər rayonunda dənizdə boğulan azyaşlı uşaqlardan 3-ü tapılıb, digər 2 uşağın tapılması üçün tədbirlər görülür. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin sulardan xilas etmə qrupunun əməkdaşları dənizdə batan uşaqların tapılması üçün tədbir görür. 

Batan uşaqlardan birinin atası Qafil Məmmədov əməkdaşımıza bildirib ki, dənizdə 3 övladı boğulub. O, gecə növbəsində işlədiyini deyib:  

“Həmişə uşaqları dənizə özüm gətirirdim. Amma dünən uşaqlar özləri dənizə gəliblər. Suya girən kimi dalğa aparıb”.  

Qafil Məmmədov əlavə edib ki, dənizdə boğulan oğlu Elgünün meyiti tapılıb. Atanın sözlərinə görə, oğlu Fariz və qızı Kəmalənin meyitlərini hələ də axtarırlar.  

Qeyd edək ki, Xəzər rayonu Şimal DRES qəsəbəsi sakinləri Aydan Fərziyeva, qardaşı Hüseyn, Kəmalə Əliyeva, qardaşları Elgün və Fariz dənzidə boğulublar. A.Fərziyevanın, H.Fərziyevin və E.Əliyevin meyitləri sudan çıxarılıb, digərlərinin meyitlərinin tapılması istiqamətində tədbirlər davam etdirilir. (teleqraf.com)

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol