• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Ukrayna səfirliyi qarşısında Aksiya

Bakıda Ukrayna səfirliyi qarşısında Aksiya
07.08.2014 12:15

Ukraynanın Luqansk vilayətində qətlə yetirildiyi bildirilən Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Cəfərovun yaxınları Ukraynanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. 

T.Cəfərovun dostu Bəybala Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, aksiya iştirakçıları səfirdən öldürüldüyü iddia edilən soydaşımız haqqında ətraflı məlumat verilməsini tələb edirlər.

“Hamı onun öldüyünü deyir. Amma nə ölüsündən, nə də dirisindən xəbərimiz yoxdur. Bilmirik ölüb, yoxsa girov götürülüb. Öldürülübsə meyitini bizə versinlər”, deyə Bəybala Kərimov bildirib.

Onun sözlərinə görə, səfirlikdən onlara səfirin tədbirdə olduğu, günorta saatlarında aksiya iştirakçılarının qarşısına çıxaraq sualları cavablandıracağı bildirilib. 

Qeyd edək ki, Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı Telman Sədi oğlu Cəfərovun iyulun 30-da separatçılar tərəfindən pulemyotla atəşə tutularaq öldürüldüyü bildirilir. 

51 yaşlı Telman Sədi oğlu Cəfərov öz avtomobilində başından güllələnib. İki uşaq atası olan Telman Cəfərov fermer təsərrüfatı ilə məşğul imiş. 

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol