• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmışların tələbə övladları - ADLAR

Tanınmışların tələbə övladları - ADLAR
07.08.2014 12:04
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən gün ali məktəblərə qəbul olunan tələbələrin siyahısın açıqlayıb. Açıqlanan siyahıda tanınmış şəxslərin övladlarının da adı var.
 
Axar.az xəbər verir ki, əməkdar artist Naibə Allahverdiyava övladının tələbə adı qazanmasının sevincini yaşayıb. Onun qızı Məryəm 590 balla Azırbaycan Dillər Universitetinin ingilis və rus dili fakültəsinə qəbul olunub.
 
Tanınmış iqtisadçı ekspert, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayılın qızı Humay da bu il tələbə adını qazanıb. Qəbul imtahanlarında 583 bal toplayan Humay Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alacaq.
 
“Bakılı Oğlanlar” klubunun kapitanı, mərhum Anar Məmmədxanovun qızı Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub.
 
“Yeni Müsavat” qəzetinin siyasi şərhçisi Azər Rəşidoğlunun qızı Ülkərin də adı tələbələr siyahısında yer alıb. 600 bal toplayan Ülkər Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 
 
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyevin qızı Gülər isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin tələbəsi adını qazanıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun oğlu da bu il ali məktəbə daxil olub. Rəis müavinin oğlu Aslan Zahidov Polis Akademiyasında təhsil alacaq.
 
Tanınmış jurnalist, “Aktual.az” saytının rəhbəri Anar Yusifoğlunun qızı Aytən Yusifzadə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub. Bir neçə gün öncə isə jurnalistin oğlu Elnur Yusifzadə İstanbul Universitetinin Fəlsəfə fakültəsinin tələbəsi adını qazanmışdı.
 
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri, jurnalist Əmrah Fəqanoğlunun oğlu Kənan yüksək balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunub.
 
”Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının qızı Cəmilə isə Türkiyənin İstanbul Universitetinin tibb fakültəsinə daxil olub.
 
Moskvada yaşayan tanınmış azərbaycanlı jurnalist, ANS TV-nin keçmiş aparıcısı Xəyal Tağıyevin qızı da yenicə tələbə adını qazananlar sırasındadır. Jurnalistin qızı Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
 
Tələbə adı qazanan bütün abituriyentləri və onların valideynlərini təbrik edirik. 
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol