• $
  • €
  • ₽
  • ₺
  • £

Baş redaktorlardan hərbi qərar

Baş redaktorlardan hərbi qərar
07.08.2014 11:37
Ölkənin xəbər məkanında ordu və cəbhə ilə bağlı dezinformasiyaların yayılmasından narahat olan bir neçə saytın baş redaktoru öz aralarında bu mövzuda həssas davranmaq və informasiyaları koordinasiya olunmuş şəkildə verməklə bağlı razılığa gəliblər.Baş redaktorlar Anar Niftəliyev (Axar.az), Elçin Zahiroğlu (Aznews.az), Amil Hacıyev (Publika.az), Vüsal Məmmədov (AzVision.az) və Şəmşad Ağa (Qaynar.info) məsələni birlikdə müzakirə edərək, belə qərara gəliblər ki, bundan sonra onların rəhbərik etdikləri saytlarda ordu və cəbhə ilə bağlı qeyri-dəqiq, yoxlanılmamış, insanlarda təşviş yarada və ölkənin maraqlarına zərbə vura biləcək heç bir informasiya yer almayacaq. Ehtiyac yarandıqda isə aldıqları xəbəri bir-birilə məsləhətləşəndən sonra yayacaqlar. Redaktorlar həmçinin qəti şəkildə qərara gəliblər ki, bundan sonra o qədər də tanınmayan, məqsədi aydın olmayan saytların xəbərlərinə istinad etməyəcəklər. Çünki belə istinadlar həmin saytları və onların xəbərlərini bir növ leqallaşdırır və etibarlılıq dərəcəsini artırır. Baş redaktorlar digər həmkarlarını da təşəbbüsə qoşulmağa dəvət edirlər.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol