• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu universitetin dekanı işdən çıxarıldı: Tələbələrdən pul yığırmış...

Bakıda bu universitetin dekanı işdən çıxarıldı: Tələbələrdən pul yığırmış...
09.01.2020 13:37
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev universitetin Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovu vəzifəsindən azad edib.
 
Anews.az xəbər verir ki, bu barədə "Report”a V.Vəliyev özü məlumat verib.

Onun sözlərinə görə, R.Hüseynov tələbələrə qanunsuz olaraq formalar tətbiq etdiyinə görə vəzifəsindən kənarlaşdırılıb.

"Ramiz Hüseynov işində nöqsanlara yol verdiyi üçün öz xahişi ilə vəzifəsindən çıxarılıb. Nöqsanı ondan ibarətdir ki, tələbələrə özbaşına xüsusi geyim formaları tətbiq eləyib.
 
Halbuki, ona dəfələrlə xəbərdarlıq olunsa da, o, buna məhəl qoymayıb. Bizim də əsasnamədə yazılıb ki, tələbələrə xüsusi formalar tətbiq edilə bilməz.
 
O, tələbələrə məcbur edib ki, xüsusi geyim formaları alsınlar və formalarla bağlı pul yığıb. İşdən çıxması ilə bağlı yazdığı ərizədə də öz məsuliyyətini boynuna alıb. Ərizəsində həmçinin yazıb ki, tələbələrin hər hansı iddiası olarsa, cavab verəcək.
 
Hətta həmin formanı geyinən tələbələri polislər saxlayıb, soruşub ki, formanı hardan əl etmisiz? Sonra həmin tələbələr sərbəst buraxılıb”.

Rektor qeyd edib ki, hazırda Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı vəzifəsinin icrası əvvəllər magistratura şöbəsində çalışmış Elçin Rzayevə tapşırılıb. V.Vəliyev vurğulayıb ki, eyni zamanda AzTU-nun Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Onun yerinə isə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol