• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda narkotik satan müğənni saxlanıldı - FOTOLAR

Azərbaycanda narkotik satan müğənni saxlanıldı - FOTOLAR
29.05.2020 04:43
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, Yardımlı rayonu Məlikli kəndi ərazisində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş kənd sakini Zahir İbayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 500 qram narkotik vasitə olan heroin və 600 qram tiryək aşkar edilərk götürülüb. Z.İsayev ifadəsində narkotik vasitələri həmkədlisi Abbas Həşimovdan aldığını bildirib. Baş İdarə əməkdaşlarını tərəfindən həmin şəxs də qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma zamanı müəyyən edilib ki, A.Həşimov "Abbas Yardımlı” adı ilə yaşadığı rayon, ətraf bölgələr, həmçinin dəvət edildiyi İran ərazisində keçirilən toy məclislərində tez-tez müğənni kimi iştirak edir. O, hər dəfə İran ərazisində olduğu toylardan qayıdan zaman gizli yolla satmaq məqsədi özü ilə narkotik vasitələr gətirib. Sonuncu dəfə isə A.Həşimov şəxsiyyəti istintaqa məlum olmayan "Xudayar” adlı İran vətəndaşı ilə gizli yolla razılaşaraq ondan satmaq niyyəti ilə külli miqdarda narkotik vasitə əldə edib. Daha sonra A.Həşimov narkotik vasitələri satmaq niyyəti ilə həmyerlisi Z.İbayevə verib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol