• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili İşlər Nazirliyindən Nərminlə bağlı daha bir AÇIQLAMA

Daxili İşlər Nazirliyindən Nərminlə bağlı daha bir AÇIQLAMA
29.05.2020 11:22
Daxili İşlər Nazirliyi (DİN) Tovuz raronunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlunun istintaqa cəlb edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report”a açıqlamasında İ.Süleymanovun əmisi oğlunun polis əməkdaşı olmasını təsdiqləyib.

O qeyd edib ki, İ.Süleymanovun polis olan əmisi oğlu N.Quliyeva itkin düşən gündən istintaq hərəkətlərində iştirak etməyib:

"Açığı, həmin şəxsin adını da bilmirəm. O, sıravi bir polis nəfəridir. Bu cinayət işi ilə onun heç bir əlaqəsi belə yoxdur. Yayılan məlumatlar həqiqəti əks etdirmir, İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu da saxlanılmayıb. Axı həmin şəxs necə ola bilər ki, İlkinə kömək eləsin? Hazırda istintaq prosesi davam edir, araşdırmalar aparılır. Mərhumun yaxınlarından da heç kəs həmin polis əməkdaşının istintaqa cəlb edilməsi ilə bağlı şikayət verməyib”.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol