Bakıda metronun qarşısında faciə - ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, yanvarın 16-da saat 8 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində - metronun "Nəsimi” stansiyasının qarşısında Bakı şəhər sakini E.Qasımov idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
www.anews.az
























