• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı milyaderə pis xəbər

Azərbaycanlı milyaderə pis xəbər
21.01.2020 13:12
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun keçmiş arvadı Tatyana Əhmədova onların birgə nigahdan olan oğulları Teymur Əhmədovun barəsində London Yüksək Məhkəməsində iddia qaldırıb.

Tatyana Əhmədova oğlunu atasına kömək etməkdə və nəticədə onun boşanma təzminatı kimi ödəməli olduğu 453 milyon funt sterlinqin (yarım milyard dollardan artıq) ödənilməsini əngəlləməkdə təqsirləndirir.

"The Times” qəzetinin yazdığına görə, Londonda işləyən və STE Capital fonduna rəhbərlik edən Teymur Əhmədov startaplara investisiyaların yatırılmas ilə məşğuldur. Və anasının iddiaları ilə qətiyyən razı deyil. Fərhad Əhmədov da bu mübahisədə təbii ki, oğlunun tərəfini tutur və onun maraqlarının məhkəmədə müdafiə olunması üçün "Hughes Fowler Carruthers” hüquq firması ilə müqavilə bağlayıb. 
 

Tatyana Əhmədova iddiasında bildirir ki, onun 26 yaşlı oğlu Teymur Əhmədov atasının aktivlərinin ailə investisiya fonduna məxsus olduğunu iddia etməklə boşanma təzminatının ödənilməsinə mane olur. Və T.Əhmədovanın keçmiş ərinə qarşı məhkəmə çəkişmələrinə sponsorluq edən "Burford Capital” şirkətinin Fərhad və Teymurun təzminat ödəməkdən yayınmaq üçün qurduqları sxemə qarşı beynəlxalq miqyasda məcburi icra tədbirləri görməyə ixtiyarı var. T.Əhmədovanın oğluna qarşı iddiasına ötən gün yanvarın 20-də baxılıb və məhkəmə Teymur Əhmədovun atası ilə birlikdə cavabdeh kimi tanınması məsələsinə dair qərar çıxarmağı mart ayına qədər təxirə salıb.

Xatırladaq ki, Fərhad Əhmədovla onun keçmiş arvadı Tatyana arasında mübahisə illərdir davam edir. Hərçənd biznesmen ona dəfələrlə xəyanət etdiyinə görə arvadından 19 il əvvəl Rusiyada rəsmən boşandığını bildirir. Lakin bir neçə il əvvəl, F.Əhmədov Rusiyadakı "Nortgaz” şirkətini "Qazprom”a satıb 1.2 milyard dollar əldə edəndən sonra T.Əhmədova London məhkəməsində boşanma iddiası qaldırıb. Və təzminat kimi onun sərvətinin yarısını tələb edib. Məhkəmə bu iddianı təmin edib, amma F.Əhmədov keçmiş arvadına təzminat ödəməkdən qəti imtina edir. Bu mübahisə çərçivəsində biznesmenin "Luna” adlı təqribən 500 milyon dollarlıq yaxtasına Dubayda həbs qoyulmuşdu. Amma il yarıma yaxın çəkən məhkəmə çəkişməsindən sonra F.Əhmədov yaxtanın keçmiş arvadının əlinə keçməməsinə nail oldu.

F.Əhmədov bildirirdi ki, yaxta və onun bir çox aktivləri ailə investisiya fondunun mülkiyyətidədir və nəticədə boşanma təzminatı kimi ödənilə bilməz.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol