• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamlı gənc arvadı ilə birgə Suriyaya döyüşə getdi

Ağdamlı gənc arvadı ilə birgə Suriyaya döyüşə getdi
05.08.2014 15:42
Vəhhabi təriqətinə mənsub olan daha bir azərbaycanlı Cavid Rabil oğlu Qasımov Suriyadakı döyüşlərə qoşulmaq üçün ölkəni tərk edərək Türkiyəyə gedib.ANN.Az xəbər verir ki, bu barədə Axar.az-a Cavid Qasımovun xalası oğlu Aqil Kərimov məlumat verib.Onun sözlərinə görə, Ağdam rayon sakini, 1992-ci il təvəllüdlü Cavid Rabil oğlu Qasımov həyat yoldaşı Gülüzə Adil qızı Kərimovanı da götürərək işləmək adı ilə Türkiyəyə aparıb:“Sonradan qohumların araşdırması nəticəsində məlum oldu ki, C.Qasımov vəhhabi təriqətinin təkfirçi qanadına qoşulub. Hətta sosial şəbəkələrdə “Adbullah Sələfi” ləqəbi ilə çıxış edib, internet üzərindən icma üzvləri ilə intensiv əlaqələr saxlayıb”.Qeyd edək ki, G.Kərimova C.Qasımovun xalası qızıdır. Onlar bu ilin martında ailə qurublar və qadın hazırda hamilədir. Buna görə ailənin narahatlığı daha da artıb.Aqil Kərimov bacısı və kürəkəni ilə bir müddət əvvələ qədər telefon əlaqəsi saxladıqlarını deyib. Sonuncu dəfə onlar iyulun 5-də danışıblar. Qohumlar onların geri qayıtmasını təkidlə tələb etsələr də, təriqətçi gənclər yollarından dönməyiblər.A.Kərimov isə bacısının oğurlanaraq aparıldığını iddia edib.Hazırda C.Qasımovun valideynləri onun və həyat yoldaşının geri qaytarılması üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət ediblər.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol