• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel şəhidinin atası: "Şikayətimizə baxan yoxdur" - VİDEO

Aprel şəhidinin atası: "Şikayətimizə baxan yoxdur" - VİDEO
29.05.2020 11:42
"Mənə dedilər ki, sənədləri hazırla Aprel döyüşündə şəhid olan oğluna görə sənə ödəniş ediləcək, sonra bundan imtina etdilər”.

Bu sözləri Yeniavaz.com-a açıqlmasında  Aprel döyüşlərində şəhid olmuş Emin Bağırovun atası İmran Bağırov deyib.

O bildirib ki, övladı Aprel döyüşlərində şəhid olduqdan sonra hərbi hissədən zəng edərək ona deyiblər ki, oğlunuz xüsusi təyinatlılar üçün nəzərdə tutulan kursu keçdikdən sonra döyüşə qatıldığı üçün sizə müəyyən məbləğdə ödəniş ediləcək. Ancaq, sənədlər hazırlanandan sonra ona məlumat veriblər ki, nəzərdə tutulan ödəniş sizin oğlunuza aid deyil. İmran Bağırov isə şikayətində bildirir ki, əvvəl zəng edib belə bir təklif vermələri sonra imtina etmələri onun üçün qaranlıq qalıb: "Mən istəyirəm ki, əgər mənə bildirilən ödəniş mənim oğlumun haqqıdırsa ödənilsin, yox əgər deyilsə, səbəbini açıq şəkildə bildirsinlər. Hazırda evimin vəziyyətini görürsünüz. Maddi cəhətdən problemlərimiz var. Mən də həyat yoldaşım da şəhid xəbərini aldıqdan sonra xəstəliyə düşmüşük. Yüksək təzyiq xəstəsiyəm bu səbəbdən də heç yerdə işləyə bilmirəm. Əgər mənə maddi cəhətdən dəstək olsaydılar evdəki iki oğlumu evləndirərdim, bir çox problemlərimi də həll edərdim”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol