• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndində erməni komandir öz əsgərini öldürdü - VİDEO

Xankəndində erməni komandir öz əsgərini öldürdü - VİDEO
27.01.2020 10:00
İrəvan sakini Nana Muradyan bildirib ki, oğlu Valerik Muradyan 8 il öncə Xankəndi şəhərində yerləşən hərbi hissədə komandir və bir neçə əsgər yoldaşı tərəfindən öldürülüb. 

Anews.az az AzVision.az-a istinadən xəbər verir ki, Nana Muradyan oğlunun qatillərinin cəzalandırılmasını tələb edib.

"Qatillərin ədalətə təslim edilməsini tələb edirəm. 2010-cu ildə oğlum orduda xidmət zamanı öldürülüb. Komandir etdiyi oğurluğun üstünü ört-basdır etmək üçün oğlumu əsgərlərlə birgə öldürüb. Valerik komandirin dizel yanacağını necə oğurlamağına şahid olub. Bu hadisədən 4 gün sonra oğlum qətlə yetirilib"- deyə Nana Muradyan bildirib. 

Onun sözlərinə görə, oğlunun öldürülməsi saxtalaşdırılaraq, intihar kimi təqdim edilib: "Səkkiz ildir deyirəm ki, oğlumu boğub, sonra asıblar. Hətta bir dəfə telefonla danışanda oğlum "ana bu ordu deyil, özbaşınalıqdır" deyə bildirmişdi. Ona səssiz qalmaq üçün pul təklif ediblər, lakin qəbul etməyib. Dörd gündən sonra oğlumu məhv etdilər. İndiyə qədər qatillər tapılmayıb. Oğlumun qollarında barmaq izləri var idi. Onu zorla qollarından tutub asıblar" 

Xatırladaq ki, etiraz edən əsgər anası son səkkiz il ərzində hər iclas zamanı hökumət binasının qarşısında etiraz aksiyası keçirir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol