• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank daha bir KSM mükafatı aldı

Unibank daha bir KSM mükafatı aldı
28.05.2020 20:46
Unibank ölkəmizdə ikinci dəfədir keçirilən "Milli KSM mükafatı - 2019” müsabiqəsinin qalibi olub. Bankın Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstəyini nəzərdə tutan "Hədəf -Tokio 2020!” layihəsi müsabiqə komissiyasının qərarı ilə 2019-cu ilin ən yaxşı Korporativ Sosial Məsuliyyət layihələrindən biri seçilib. Layihə BMT-nin 17 dayanıqlı inkişaf məqsədlərindən biri olan bərabərsizliyin azaldılması istiqamətinə uyğun olduğu üçün mükafat alıb. 

Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası və PROAKTİV PR Agentliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə layihələr İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ASAN Xidmət, ABAD, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Gənclər Təşkilatları Milli Şurasının nümayəndələrinin daxil olduğu komissiya tərəfindən dəyərləndirilib. 

Xatırladaq ki, Unibank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

2019-cu il bu layihə üçün çox uğurlu il olub. "Unibank”ın yaxından dəstəyi nəticəsində Güllə atıcılığı üzrə milli paralimpiya komandası böyük uğura imza atıb. Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov 2019-cu ildə Avstraliyada keçirilən dünya çempionatında  yüksək nəticə göstərərək, Tokio-2020-yə lisenziya qazanıblar.  2019-cu il ərzində Azərbaycan Milli Paralimpiya Komitəsinin idmançılarının 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında iştirak üçün qazandığı 7 lisenziyadan 2-si məhz "Unibank”ın dəstək verdiyi komanda tərəfindən əldə edilib. Bu isə "Unibank”ın komandanın inkişafında verdiyi böyük dəstəyin nəticəsidir. 
Unibank- hər kəsin bankı!



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol