• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda velosipedçini avtomobil vurub, vəziyyəti ağırdır

Lənkəranda velosipedçini avtomobil vurub, vəziyyəti ağırdır
07.02.2020 12:00
Lənkəran rayonunda 50 yaşlı velosipedçini avtomobil vurub.

"Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşağı Nüvədi kəndi ərazisində baş verib. 

Belə ki, Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Samir Şahsuvar oğlu Cavadov idarə etdiyi "Ford-Transit” markalı 99 ES 958 dövlət qeydiyyat nişanlı mikroavtobus yolda hərəkət edən velosipedçi - rayonun Gərmətük qəsəbə sakini, 1970-ci il təvəllüdlü Cəmil Əjdər oğlu Məmmədovu vurub. 

Yaralı ətrafdakıların yardımı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Yaralıya sağ bazu sümüyünün yuxarı baş hissəsinin yerdəyişməyən sınığı, qapalı kəllə-beyin travması və sifət nahiyəsinin zədəsi olaraq ilkin diaqnoz qoyulub. 

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol