• $
  • €
  • ₽
  • ₺
  • £

"Vulverhempton" azarkeşinə meymun jestinə görə 4 illik cəza

"Vulverhempton" azarkeşinə meymun jestinə görə 4 illik cəza
29.05.2020 00:25
İngiltərənin "Vulverhempton" futbol klubunun azarkeşi Premyer Liqanın V turunda "Çelsi"yə 2:5 hesabı ilə uduzduqları oyun zamanı irqçi davranışı ilə əlaqədar cəzalandırılıb. 


"Report"un məlumatına görə, həmin şəxs "canavarlar"ın cari mövsümdəki oyunlarının abonementinə malik Cozef Smitdir. Smit "zaəganlar"ın hücumçusu Temmi Abrahama qarşı yolverilməz hərəkətdə günahkar bilinib. Sözügedən qarşılaşmada Abraham het-trik edib, azarkeş isə buna meymun jestləri ilə reaksiya verib. 


40 yaşlı kişi fanat bildirib ki, onu düzgün başa düşməyiblər və jestləri öz komandasının ünvanına dəstək xarakteri daşıyıb. 


Smit "Çelsi" fanatlarına tərəf tüpürməkdə də ittiham edilib. O isə özünə haqq qazandırmaq üçün asqırdığını bildirib. Fanatın oyuna 70 yaşlı anası ilə gəldiyi də müəyyənləşib. 


Bütün insidentlərə baxıldıqdan sonra azarkeşə 4 il müddətinə oyunlara giriş qadağası qoyulub. 


Qeyd edək ki, "Vulverhempton"un heyətində Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da yer alıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol