Oqtay Gülalıyevin səhhətində irəliləyiş - VİDEO

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var. "Qafqazinfo” xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev sosial şəbəkədə bildirib:
"Atam Oqtay Gülalıyevin səhhətində müsbət dinamika davam edir. Sonuncu əməliyyatından sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir.
Xatırladaq ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən zaman vurulub. O, sürücü tərəfindən "Semaşko”ya aparılıb, oradan isə "City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























