• $
  • €
  • ₽
  • ₺
  • £

Kəskin və uzunmüddətli soyuqlar olacaq - AÇIQLAMA

Kəskin və uzunmüddətli soyuqlar olacaq - AÇIQLAMA
08.02.2020 12:03
Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi iki gün davam edəcək.

Bunu Anews.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva bildirib.

Direktor qeyd edib ki, hava şəraitinin dəyişməsi ötən gün axşam saatlarında başlayıb:

"Gözlənildiyi kimi, fevral ayının 7-də axşam saatlarından başlayaraq şimal-qərbdən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havada dəyişiklik müşahidə olunur.
 
Ötən günlə müqayisədə, havanın temperaturu kəskin - 18 dərəcə aşağı enib.
Bu gün səhər saatlarına olan məlumata görə, paytaxtda yeddi dərəcə isti müşahidə olunur. Respublikanın bir çox rayonlarında yağış, dağlıq ərazilərdə qar yağıb. Bu gün ərzində əlverişsiz hava şəraiti davam edəcək.

Lakin fevralın 9 və 10-da kəskin soyuq hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu sıfır dərəcəyə yaxınlaşacaq.
 
Fevralın 9-dan 10-na və 10-dan 11-nə keçən gecə səhər saatlarında ölkə ərazisində 1-4 dərəcə şaxta olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçəcək. Eyni zamanda, güclü şimal-qərb küləyi əsəcək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol