Badamdar yenidən sürüşdü

Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində baş verən torpaq sürüşməsinin səbəbləri araşdırılır.
Bunu Anews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov deyib.
Onun sözlərinə görə, hazırda mütəxəssislər hadisə yerindədir:
"Sürüşmə yerinin miqyasını və səbəblərini araşdırırıq. Araşdırmalardan sonra sürüşmənin səbəbi məlum olacaq. Əvvəl müşahidə etdiyimiz kütlə üzərində qismən dəyişiklik baş verib. Ərazidə monitorinqlər davam etdirilir".
www.anews.az
























