• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək
17.02.2020 19:00
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 18-də Səudiyyə Ərəbistanına səfər edəcək.

İdarədən APA-ya bildirilib ki, səfər çərçivəsində QMİ sədri KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 21-ci sessiyasında iştirak edəcək.

Üzvü olduğu 9 nəfərlik Direktorlar Şurasının sessiyasında çıxış edəcək QMİ sədri Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən "Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) təşkilatçılığı ilə 2020-cu ilin payızında Şərqi Avropada - Macarıstanda keçiriləcək irimiqyaslı beynəlxalq konfrans barədə Şura üzvlərini məlumatlandıracaq.

Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının sessiyasında iştirak edəcək A. Paşazadə beynəlxalq və regional əhəmiyyətli mühüm hadisələrə dair müzakirələrə qatılacaq.

Səudiyyə Ərəbistanına səfəri çərçivəsində QMİ sədri A. Paşazadənin krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol