• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
22.02.2020 16:00

 
İnformasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişməsinə xüsusi önəm verən "Nar”, bu sahədə təhsil alan gəncləri dəstəkləməyə davam edir. ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində mobil operator İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi tələbələrinin təhsilini dəstəkləmək üçün ADA Universitetinin  Təqaüd Fonduna öz töhfəsini verib.

Fevralın 21-də baş tutan növbəti "Akademik Mükəmməllik Günü”ndə  Lütfi Zadə adına təqaüd sahiblərinin adı açıqlanıb. Qeyd edək ki, bu təqaüdə layiq görülən tələbələr bir semestrin təhsil haqqından tamamilə azad olunurlar.

Bundan başqa, "Nar” və ADA Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş istiqamətlər sırasında startap layihələrini dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına "Nar” əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də mövcuddur.

"Nar”-ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,9%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol