• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “qaydasız” sürücülər - VİDEO

Azərbaycanda “qaydasız” sürücülər - VİDEO
26.02.2020 14:31
Sosial şəbəkələrdə Azərbaycanda çəkilən və bəzi sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər yayılıb. 

Oxu.Az xəbər verir ki, videolar müxtəlif yerlərdə, ayrı-ayrı vaxtlarda çəkilib. 

Təqdim etdiyimiz videonun birinci hissəsi dünən axşam saatlarında çəkilib. Bütün avtomobillərin tıxacda dayandığı vaxt "Opel” markalı avtomobil 1.3 üfüqi nişanlama xəttinin tələblərini pozaraq, qarşı yola çıxıb. Bu zaman qarşıdan gələn avtomobillərin həmin maşının sürücüsünə etiraz əlaməti olaraq siqnaldan istifadə etməsi görünür. 

Videonun ikinci hissəsi Bakıda çəkilib. Görüntülərdə tıxac olan yolda əvvəlcə PPX və YPX avtomobilinin sayrışan işıqlardan istifadə edərək, əks yola çıxdığı, daha sonra isə onların ardınca ondan çox maşının da tıxacı bu yolla keçmək istəməsi əks olunub. Bəzi sürücülər isə tıxac vaxtı qoşa xəttin tələblərini pozaraq geri dönmə əməliyyatını həyata keçirib. 

Üçüncü hissədə olan görüntülər Samux rayonunda çəkilib. Rayonun Alıuşağı kəndi ərazisində hərəkətdə olan "VAZ 2115” markalı, 51-BH-105 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qarşıdan gələn maşını nəzərə almayaraq, ötmə əməliyyatını yerinə yetirib. Bu zaman qarşıdan gələn avtomobilin sürücüsü qəzadan yayınmaq üçün maşını yoldan kənara çıxarmağa məcbur olub.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol