• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllim və valideynlərə müraciət edildi - VİDEO

Müəllim və valideynlərə müraciət edildi - VİDEO
02.03.2020 14:12
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəllim və valideynlərə videomüraciət edib.

"Report"un məlumatına görə, Dövlət Komitəsinin baş məsləhətçisi Məftunə İsmayılova videomüraciətdə bildirib ki, hər bir uşağın münbit mühitdə böyümə hüququ var: 

"Bu mühiti onlar üçün biz böyüklər yaratmalıyıq. Uşağa göstərilən qayğının içərisində ən əsas yeri ona ayırılan məhəbbət və diqqət tutur. Uşaqların asudə vaxtının səmərəli təşkili, onlarla düzgün ünsiyyətə girmə valideyn bacarıqlarının ən əsas xüsusiyyətlərindən biridir.
 
Bu gün sosial şəbəkələrdə uşaqları zərərli fiziki vərdişlərə, bullinqə sövq edən bəzi videomaretiallar paylaşılır. Onlar uşaqlarını bir-birinə zədə törətməyə, bullinqə sövq etməyə yönəldir. Çox təəssüf ki, bu materiallar böyüklər tərəfindən paylaşılır. Tənqid olunaraq paylaşılsa belə bu informasiyalar daha çox uşağın görməsinə şərait yaradır. Çalışaq ki, uşaqların inkişafına, psixoloji vəziyyətinə mənfi təsir göstərən materiallardan onları uzaq tutaq. Yeni qəbul edilmiş "Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanun da bunu özündə əks etdirir". 

Dövlət Komitəsinin rəsmisi deyib ki, bu gün uşaqlar çox materialları internet resurslarından əldə edirlər: "Təəssüf ki, əldə edilən materiallardan bəziləri onların inkişafına zərərli təsir göstərir. Valideynlərə tövsiyə edərdik ki, uşaqlarının internet resurslarından istifadə etmələrinə nərazət etsinlər.
 
Onlarla vaxt keçirsinlər, hər hansı bir materialı əldə etməkdə onlara yardım və prosesdə iştirak etsinlər. Son zamanlar uşaqları müxtəlif ziyanlı fəaliyyətlərə sövq edən videomateriallar sosial şəbəkələrdə və qruplarda yayılır. Tirajlanma daha çox uşağın videoları görməsinə və bu hərəkətləri təkrarlamasına səbəb olur. Müəllimlərdən, valideynlərdən və uşaqlardan xahiş edirik ki, belə videoların təsirinə düşməsinlər, aludə olmasınlar. Unutmaq olmaz ki, edilən hər bir hərəkət və paylaşılan hər bir video digər insanları da buna sövq edir. Biz daim çalışmalıyıq ki, hərəkətlərimiz və paylaşdığımız məlumatlar ancaq müsbət fəaliyyətlərə yol açsın".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol