• $
  • €
  • ₽
  • ₺
  • £

Süni qiymət artımı nə ilə əlaqədardır? - AÇIQLAMA

Süni qiymət artımı nə ilə əlaqədardır? - AÇIQLAMA
29.05.2020 11:57
Azərbaycanda ilk koronavirusa yoluxma halı qeydə alındıqdan sonra, ərzaq və tibb məhsullarının qiymətində süni artımlar qeydə alınıb.

Anews.az xəbər verir ki, artım ərzaq məhsullarında əsasən soğan və sarımsaqda, tibb məhsullarından da maska və spirtdə qeydə alınıb.

Belə ki, soğan 1 manat və ya 1 manat 50 qəpik, sarımsaq isə 8-12 manat arasında dəyişir. Tibb məhsullarından sadə spirt 60 qəpik və ya 1 manat, üz maskası isə 60 qəpik və ya 1 manat arasında dəyişir.

Bu isə, əvvəlki qiymətlərə nisbətən artımalrın olduğunu göstərir.

Məsələ ilə bağlı iqtisadçı ekspert Nemət Əliyevlə danışdıq.

İqtisadçı deyir ki, sarımsağın qiyməti  əvvəlki dövrlərdə də yüksək olub.  Lakin koronavirus Azərbaycanda aşkar olunana qədər sarımsağın qiyməti xeyli ucuzlaşmışdı.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra ya təlabatdan, ya da təlaşdan bu, kütləvi qiymət artımları oldu.



"Məsələ burasındadır ki, sözün həqiqi mənasında Azərbaycanda səhiyyə sistemi çöküb. Koronavirusun yaratdığı təhlükdən insanlar artıq  tibb sisteminin təklif etdiyi  qaydalarla özünü qorumağa inanmır və bu cür türkəçarələrlə, təbii metodlarla yəni, sarımsağın istənilən xəstəliyə qarşı immunitet yaratdığına inanaraq bunu edirlər.  Və insanların sarımsağa tələbatı əsasən bununla bağlıdır. Kənd təsərrüfatı satışından bir o qədər qazanc əldə etməyən, itkilərlərlə üzləşən  yerli işbazlar düşünüblər ki, bu süni artımla itirilmiş xərclərini konpensasiya edə bilərlər”,  - deyə iqtisadçı ekspert bildirib.

Nemət Əliyev deyir ki, qanuna görə, tibb məhsullarının qiyməti dövlət tərəfindən müəyyənləşdirilmiş qaydada standart olur.

Lakin, hansısa məmurun monopolyasında olan bu sahədə də kimlərsə yaranmış vəziyyətdən sui -istifadə edib qabağa düşməyə çalışıblar.

"Neçə müddətdir ki, tibbi maskalar aptekdən qeybə çəkilib. Standart qiymətlərin olmasına baxmayaraq, qiymətlər süni şəkildə  qaldırılıb. Ancaq bu qiymət artımının, əsaslı səbəbi yoxdur. Sadəcə yaranmış vəziyyətdən sui -istifadə edib qabağa düşməyə çalışıblar. Əslində bu məsələyə dövlət nəzarət etməlidir, qiymətlər tənizmlənməlidir, amma bunu etmirlər. Görünür, bu sahələrin hamısının bir monopolist məmuru var”, - deyə iqtisadçı ekspert Nemət Əliyev bildirib.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə sorğu göndərib, dəfələrlə zəng etsək də, nə sorğumuza cavab verdilər, nə də zənglərimizə.

Həzi

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol