• $
  • €
  • ₽
  • ₺
  • £

QMİ-dən koronavirusa görə TÖVSİYƏLƏR

QMİ-dən koronavirusa görə TÖVSİYƏLƏR
05.03.2020 16:41
Qafqaz Müsəlmanları İdarəsi koronavirus təhlükəsi ilə bağlı tövsiyələrini açıqlayıb.

İdarədən Anews.az-a daxil olan tövsiyələrdə deyilir ki, son vaxtlar dünyanın bir çox ölkəsində koronavirus infeksiyasının yayılması və fəsadlarının qarşısının alınması məqsədilə qonşu dövlətlərdə olduğu kimi, Azərbaycanda da profilaktik tədbirlərə start verilib, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altına alınıb.

"Dövlətimiz bu xəstəliyin ölkəmizdə yayılmasını önləmək üçün bütün mümkün tibbi-sanitar və ictimai təhlükəsizlik tədbirlərini həyata keçirir. Ölkə dindarlarının çoxsaylı müraciətlərini, bölgə qazıları və səlahiyyətli nümayəndələrimizin təkliflərini nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlara tapşırıq və tövsiyələrlə müraciət edib.

QMİ müvəqqəti çətinlik dönəmində dindarlara tövsiyə edir ki, həkimlərin məsləhətlərinə ciddi şəkildə riayət olunsun, məscidlər, ziyarətgahlar, dini tədris müəssisələri və Quran kurslarında dezinfeksiya işlərinin aparılması üçün müvafiq dövlət tibbi-sanitariya müəssisələrinə müraciət edilsin, ələlxüsus namaz zalları, dəstəmazxana, meyitxana və sanitar qovşaqlarının təmizlənməsinə xüsusi diqqət yetirilsin. Rica edirik ki, uzaq yoldan gələnlər, yaşlı insanlar, eləcə də özündə soyuqdəymə əlamətləri hiss edən xəstə şəxslər namazlarını evlərində qılsınlar, məscidə gələn dindarlar şəxsi təsbehlərindən, canamazlarından, möhürlərindən istifadə etsinlər, mümkün qədər dəstəmazlarını evdə alsınlar. Eyni zamanda, məscidə gələn şəxslər bir-biri ilə yaxın təmasdan, əl görüşmələrindən çəkinsinlər", - deyə tövsiyədə bildirilir.

QMİ kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını din xadimlərimizə və dindarlara tövsiyə edir.

"İmkan daxilində dindarlarımızın evlərində fərdi qaydada namaz qılmasını, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını məsləhət görürük. Həqiqətən də, başqalarını yoluxucu xəstəliklərə düçar etməmək üçün Cümə namazı və digər mərasimləri müəyyən bir müddətə təxirə salmaq şəriətimizə uyğundur, lakin bu heç bir şəkildə məscid və ziyarətgahların bağlanması anlamına gəlmir. Qazilərimiz və din xadimlərimiz öz yerlərində dindarlara və icma üzvlərinə mövcud vəziyyətlə əlaqədar mövqeyimizi və tövsiyələrimizi çatdırmağa məsuldurlar”, - deyə tövsiyələrdə deyilir.

QMİ əmin olduğunu bildirir ki, dindarlarımız cəmiyyətimiz və ailələrimiz üçün təhlükəli olan məqamda təlaş və vəsvəsəyə qapılmadan tibbi-profilaktik tədbirlərə riayət edəcək, vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaqlar: "Bu müvəqqəti çətinlik dövrümüzdə tövsiyələrimizi nəzərə almayanlar, təəssüf ki, mövcud vəziyyətin məsuliyyətini dərk edə bilməyənlərdir. Ümid edirik ki, Allah-Təala tezliklə xalqımızın üzərindən bu bəlanı dəf edəcək, səbat və rifahımız bərqərar olacaqdır, İnşallah”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol