• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda şagirdlər köçürüləcək

Bakıda şagirdlər köçürüləcək
30.07.2014 13:15
Hazırda söküntü işləri aparılan Yasamal rayonundakı 20 saylı məktəb-liseydə təhsil alan şagirdlər köçürülür. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, 20 nömrəli məktəb-liseydə təhsil alanların tədris mühitinin daha da yaxşılaşdırılması məqsədilə tədris ocağının yeni tələblər səviyyəsində qurulması üçün işlər görülür. İdarədən həmçinin təmirlə əlaqədar olaraq şagirdlərin köçürülməsi məsələsinə də aydınlıq gətiriblər. Bildirilib ki, müvəqqəti olaraq məktəbin ibtidai sinifləri 172, yuxarı sinifləri isə 325 saylı məktəblərə köçürüləcək: “Təmir bitdikdən sonra şagirdlər öz məktəblərinə qaytarılacaqlar”,- deyə BŞTİ-dən bildirilib. Qeyd edək ki, bir neçə gün öncə Təhsil Nazirliyindən bildirmişdilər ki, sökülən məktəbin yerində müasir standartlar uyğun olan yeni məktəb-lisey binası tikiləcək. Xatırladaq ki, adıçəkilən məktəb bir necə il öncə təmir edilmişdi.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol