• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda koronavirusla bağlı dərman ehtiyatı yaradıldı

Naxçıvanda koronavirusla bağlı dərman ehtiyatı yaradıldı
06.03.2020 11:41
Naxçıvan Muxtar Respublikasında tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb.

Muxtar Respublikanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədilə hava limanının tibbi heyəti tərəfindən muxtar respublikaya gələnlər arasında xəstəliyə şübhəli bilinən şəxslərdə müayinə və termometriya müşahidəsi təşkil edilib. Xəstəlik müşahidə edilərsə, onların hospitalizasiyası, karantinə alınması və stasionar müalicəyə götürülməsinə şərait yaradılıb. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb. 

Bildirilib ki, məktəb həkimləri tərəfindən mövsümi respirator xəstə­lik əlamətləri müşahidə olunan şagirdlər ərazi üzrə poliklinikalara yönləndirilir. Eləcə də tibb otaqlarının zəruri tibbi vasitələr ilə təchiz olunmasına nəzarət artırılıb.

Ümumtəhsil və peşə məktəblərində tədris prosesi mart ayının 4-dən 9-dək dayandırıldığından təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları hazırda bütün təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayırlar.

Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu, epidemioloq köməkçiləri, dezinfektor təlimatçıları mövsümi virusların yayılma ehtimalına qarşı şəhər orta məktəblərində dezinfeksiya işləri aparırlar. Bu tədbir uşaq bağçalarında, musiqi məktəblərində, kolleclərdə, ali təhsil müəssisələrində də həyata keçirilir.

Martın 10-dək Naxçıvan Regional Peşə Tədris Mərkəzi, lisey və kolleclər, uşaq bağçaları, musiqi və idman məktəbləri, ali təhsil müəssisələri, avtobus və dəmiryol vağzalları, hava limanı, şəhər məscidləri və mərasim zalları, muzey və kitabxanalar da dezinfeksiya tədbirləri ilə əhatə olunacaq.

Tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun şəhər və rayon təşkilatları tərəfindən əhalinin sıx məskunlaşdığı yerlərdə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol