• $
  • €
  • ₽
  • ₺
  • £

DVC-nin nümayəndəsi Azərbaycanın bölgələrində - FOTO

DVC-nin nümayəndəsi Azərbaycanın bölgələrində - FOTO
29.05.2020 11:07
DVC-nin Azərbaycanın müxtəlif regionlarından olan gənclərin fəallaşdırılması və əməkdaşlığının gücləndirilməsi istiqamətində fəaliyyəti davam edir. Bu istiqamətdə təşkilatın Regionlarla İş Üzrə Meneceri Canoğlan İlyasov Zərdab, Tərtər, Balakən, Goranboy rayonları və Yevlax, Mingəçevir, Şəmkir şəhərlərində işgüzar səfərdə olub.Səfər zamanı DVC-nin nümayəndəsi sözü gedən bölgələrin Gənclər və İdman İdarələrinin rəsmiləri, yerli gənclər təşkilatları və fəal gəncləri ilə bir sıra görüşlər keçirib, burada yerləşən Gənclər Evləri və Gənclər Mərkəzlərində gənclər üçün yaradılan imkanlarla tanış olub.Şəmkir və Mingəçevir şəhərlərinə səfər zamanı, bu şəhərlərdə yerləşən Debat Mərkəzlərinin rəhbərləri və fəal gəncləri ilə görüş keçirilib. Debat Mərkəzlərində son aylarda həyata keçirilən fəaliyyətlə tanış olunub, gələcək fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb və yerli fəal gənclərlə görüşlər zamanı onların təklifləri dinlənilib.Zərdab, Tərtər, Balakən, Goranboy rayonları və Yevlax şəhərinə səfər zamanı yerli Gənclər və İdman İdarələrinin rəyisləri ilə görüşlər keçirilib. Görüşlərdə DVC-nin təqdimatı keçirilib və təşkilatın bugünə qədər Azərbaycanın bölgələrində fəaliyyəti ilə bağlı məlumat verilib. Görüşlərdə bu bölgələrdə Debat Mərkəzlərinin yaradılması əsas müzakirə mövzusu olub və yerli Gənclər və İdman İdarələrinin dəstəyi ilə yaxın zamanlarda Zərdab, Tərtər, Balakən rayonları və Yevlax şəhərində Debat Mərkəzlərinin açılması planlaşdırılıb.Məlumat üçün qeyd edək ki, növbəti ayda DVC-nin nümayəndəsinin Azərbaycanın daha 4 bölgəsinə - Quba, Qusar, Sabirabad, Lənkərana səfəri planlaşdırılır.Xatırladaq ki, hal-hazırda Bakı, Sumqayıt, Lənkəran, Sabirabad, Quba, Qusar, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir və Gəncədə Debat Mərkəzləri fəaliyyət göstərir. Debat Mərkəzləri gənclərin fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməssi, müxtəlif proqram və layihələrdə iştirakının təmin olunması məqsədi daşıyır. Debat Mərkəzlərində mütəmadi olaraq gənclərə debat, natiqlik, karyera inkişafı, sahibkarlıq və başqa mövzularda təlimlər keçirilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol