• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda virusla bağlı ən sərt qadağalar ola bilər

Azərbaycanda virusla bağlı ən sərt qadağalar ola bilər
18.03.2020 09:31
Koronavirusun sürətlə yayılması üzündən dünya ölkələri sərt tədbirlərə əl atmağa başlayıb. 

Yenisabah.az xatırladır ki, bəzi ölkələrdə hətta fövqəladə rejim elan edilib. Mütəxəssislərin fikrincə, pandemik virusa yoluxma bu sürətlə çoxalsa daha sərt tədbirlərə əl atıla bilər.

Azərbaycan da koronavirusa qarşı bir sıra qabaqlayıcı tədbilər görüb. Dərslər təxirə salınıb, kafe və restoranların fəaliyyəti məhdudlaşdırılıb, Bakı və Sumqayıt şəhərlərinə, habelə Abşeron rayonuna giriş-çıxış dayandırılıb. Bəzi dövlət qurumları onlayn fəaliyyətə keçib, Milli Məclisin komitə və komissilarının iclasları təxirə salınıb və bu o deməkdir ki, plenar iclaslar da keçirilməyə bilər. Nazirlər Kabinetinin koronavirusla bağlı qərarlarına əməl etməyənlər isə inzibati qaydada cəzalandırılacaq. 

İri ticarət mərkəzlərində, bəzi xidmət sahələrində də  koronavirus təhlükəsi ilə əlaqədar gigiyenik tədbirlər görülür və bu, müştərilərə də təşviq edilir. 
Hələlik koronavirusa yoluxma Azərbaycanda kütləvi hal almayıb. Bu baxımdan, bəzən bu tədbirlərin panikaya səbəb olacağı, nəticədə xaos yaradacağı barədə iddialar səsləndirilir. Lakin mütəxəssislər hesab edir ki, təhlükə ciddi olduğu üçün hökumətin atdığı addımlar dəstəklənməli, cəmiyyət özü də bu bəlanın qarşısını almaq üçün təşəbbüs göstırməlidir. Bəzi mütəxəssislər isə daha sərt tədbirlər görülməsinin tərəfdarıdır. Onların fikrincə, bir müddətlik insanların küçələrə çıxması da yasaqlanmalıdır. 

Xüsusilə, yaşı 70 və ondan çox olan vətəndaşların ev şəraitində karantində olması məqsədəuyğu sayılır. Artıq belə bir təcrübə var. Finlandiyada 70 və +70 yaşlı insanlara küçəyə çıxmaq qadağan edilib. Bu qadağa yaşlıların koronavirusa yoluxma riskinin daha böyük olması ilə əlaqədardır.

Koronavirus sıradan bir xəstəlik deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  koronavirusu pandemiya elan edib. Bu təhlükənin ciddiliyindən xəbər verir. Bu baxımdan cəmiyyətimiz koronavirusla mübarizədə atılacaq bütün addımlara hazır olmalıdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol