• $
  • €
  • ₽
  • ₺
  • £

Avtoxuliqanlıq edən dörd nəfər saxlanıldı - 30 sutka cəza - VİDEO

Avtoxuliqanlıq edən dörd nəfər saxlanıldı - 30 sutka cəza - VİDEO
29.05.2020 00:25
İki gün əvvəl Bakının Dağüstü park ərazisi yaxınlığında bir neçə sürücünün avtoxuliqanlıq etdiyinə dair sosial şəbəkədə məlumatlar yayılıb.

Vətəndaşların müraciəti əsasında ərazidə gücləndirilmiş iş rejiminə keçən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, vətəndaşların şikayəti əsasında sözügedən ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən fakt təsdiqini tapıb:

"Məlum olub ki, axşam saatlarında Dağüstü park ərazisində sürücülər avtoxuliqanlıq ediblər. Yol hərəkətini kobud şəkildə pozaraq, avtoxuliqanlıq edən 4 nəfər şəxs müəyyən edilərək saxlanılıb. Onlar barəsində aidiyyəti üzrə 30 sutkaya qədər həbs qərarı verilib. Hazırda həmin şəxslər cəzalarını çəkirlər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol