• $
  • €
  • ₽
  • ₺
  • £

YAP-dan Mübariz Mənsimovun həbsinə REAKSİYA

YAP-dan Mübariz Mənsimovun həbsinə REAKSİYA
29.05.2020 08:18
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun azad olunması üçün onun Azərbaycandakı qohumlarının insanları kütləvi aksiyalara çağırmasını pisləyib.

Anews.az Trend-ə istinadən xəbər verir ki, YAP rəsmisi açıqlamasında bildirib ki, Mübariz Mənsimovun azad olunması üçün insanların kütləvi aksiyalara çağırılması heç bir halda doğru deyil:

"Mübariz Mənsimovun qohumları çağırış edir ki, camaat kütləvi aksiyalara çıxsın, mitinqlər keçirsin. O, Nelson Mandeladır, Martin Lüter Kinqdir? Və yaxud Qarabağ, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb, dövlət çevrilişlərinin qarşısının alınmasında iştirak edib? Camaat çıxıb onu niyə müdafiə etsin? Görünür, Mübariz Mənsimov hansısa qanunazidd əməl törədib və buna görə də onu həbs ediblər. Özünə arxayındırsa, qoy gedib məhkəmə qarşısında cavab versin. Buna görə insanları kütləvi aksiyalara çağırmaq, sabitliyi pozmağa gərək yoxdur.

Bilirisiniz ki, bu gün dünyada koronavirus təhlükəsi ciddi təhdidə çevrilib və Azərbaycan da virusun yayılmasının qarşısının alınması üçün ciddi tədbirlər görür, eyni zamanda insanların kütləvi tədbirlərdən çəkinməsi ilə bağlı çağırışlar edilib. Belə bir vəziyyətdə Mübariz Mənsimovun qohumları insanların həyatını təhlükəyə ataraq onları qanunsuz olaraq kütləvi aksiyalara çağırır. Hesab edirəm ki, insanlar belə çağırışlara qoşulmamalıdırlar, hazırda bizə bu, lazım deyil. Bu gün bizim əsas məqsədimiz insanları virusa yoluxmaqdan qorumaqdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol