• $
  • €
  • ₽
  • ₺
  • £

Penitensiar Xidmətdən məhkumlarla bağlı VACİB AÇIQLAMA

Penitensiar Xidmətdən məhkumlarla bağlı VACİB AÇIQLAMA
29.05.2020 04:08
Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrində və digər struktur qurumlarında kompleks profilaktiki tədbirlər həyata keçirilir.
Penitensiar Xidmətdən Anews.az-a verilən məlumata görə, bununla əlaqədar müvafiq tədbirlər planına uyğun olaraq penitensiar müəssisələrin nəzarət-buraxılış məntəqələrində «sanitariya mühafizə postları» qurularaq fərdi müdafiə vasitələri, məsafədən hərarəti ölçən cihazlar, dezinfeksiya avadanlıqları və vasitələri ilə təchiz edilib. Bu müəssisələrə daxil olan bütün şəxslər və nəqliyyat vasitələri sanitar-təmizləmə prosedurlardan keçirilir, sanitariya-epidemioloji nəzarət gücləndirilməklə geniş maarifləndirmə işi aparılır. Koronavirus infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşların və digər aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilir.

Həyata keçirilən tədbirlərin icrası nazirliyin rəhbərliyinin gündəlik nəzarətindədir. Bu məqsədlə vəziyyəti mütəmadi öyrənmək üçün nazirliyin aidiyyəti məsul işçilərindən və Ədliyyə naziri yanında İctimai Komitənin nümayəndələrindən ibarət monitorinq qrupu yaradılıb.

Monitorinq qrupu penitensiar müəssisələrə baş çəkərək həyata keçirilən profilaktik və təhlükəsizlik tədbirləri, məhkumların saxlanma, tibbi və dərman təminatı ilə maraqlanıb.
Həmçinin ərzaq təminatı və qida şəraiti ilə tanış olunub. Müəyyən edilib ki, məhbusların ərzaq təminatı və gündəlik qida rasionu qanunvericiliklə müəyyən edilmiş normalara uyğun təşkil olunur, bununla bağlı cəza çəkənlər, o cümlədən onların yaxın qohumları tərəfindən şikayətlər daxil olmayıb.

Eyni zamanda məhkumlar və həbs olunmuş şəxslər müəssisələrdə fəaliyyət göstərən, çox çeşidli tələbat malları ilə təmin olunmuş ticarət köşklərinin xidmətindən də istifadə edirlər.
Penitensiar müəssisələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər davamlı olaraq həyata keçirilir.

Qeyd olunmalıdır ki, şəxsi heyət, penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslər arasında koronavirus infeksiyasına yoluxma halları qeydə alınmayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol