• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyasını dəyişən mayor məşhur generalın bacısı oğludur

Dünyasını dəyişən mayor məşhur generalın bacısı oğludur
29.05.2020 05:03
Azərbaycan prezident İlham Əliyevin medal verdiyi zabitini itirib.
 
Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etmiş zabit, mayor Ceyhun Salmanov dünyasını dəyişib. O, məşhur polis general-mayoru Ərzuman Əliyevin bacısı oğludur. Ə.Əliyev bir neçə il əvvəl təqaüdə çıxıb.
 
 C.Salmanov 2018-ci ilin mart ayında qasıq-limfa düyünlərinin şişməsi nəticəsində Mərkəzi Klinik Hospitalda əməliyyat olunmuşdu. Limfa düyündə anaplastik karsinoma metastası diaqnozu qoyulmuşdu.
 
Bundan sonra 2018-ci il iyulun 1-də ordudan xəstəliyimlə əlaqədar təxris olunmuşdu. C.Salmanov ötən ilin aprelində Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət edərək kömək istəyərək bildirib ki,  ayağı tam şişib, yerimə qabliyyətini itirib. Müdaxilə olmazsa, bir müddət sonra yerişini tam itirəcəyini deyib. Nazirliyin Tibb Baş İdarəsində Türkiyənin Gülhanə Hospitalına göndərilməyi üçün sənədlərini hazırlasa da, buna nail ola bilməyib. Dəfələrlə müdafiə naziri Zakir Həsənovun qəbuluna düşmək istəyib, cəhdi baş tutmadığından ailəsinin və yaxınlarının köməkliyi ilə Gülhanə Hospitalına gedib. Lakin orada da müalicəsi uğursuz olan zabit ötən gün dünyasını dəyişib.
 
(Criminal.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol