• $
  • €
  • ₽
  • ₺
  • £

Bir qrup həkim prezidentə müraciət etdi - Maaşları 50% azaldılıb

Bir qrup həkim prezidentə müraciət etdi - Maaşları 50% azaldılıb
29.05.2020 07:49
Şamaxı şəhər Diaqnostika Mərkəzinin Konsultativ Poliklinika Şöbəsinin tibb işçiləri Prezident İlham Əliyevə müraciət edib. 

Müraciətin bir surətinin də Yenisabah.az-a ünvanlayan tibb işçiləri maaşlarının 50 faiz azaldıldığını və Prezidentdən bu məsələni diqqətdə saxlamasını xahiş ediblər. Tibb işçilərinin müraciətini təqdim edirik:

"Cənab Prezident, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Çünki Sizin yürütdüyünüz siyasətin nəticəsi olaraq ölkəmiz regionun qüdrətli dövlətinə çevrilib. 

Bu gün ölkəmizin ən ucqar rayon və kəndlərində müasir tələblərə cavab verən təhsil ocaqları, tibb müəssisələri açılıb və insanlar yeni iş yerləri ilə təmin olunub. 

Cənb Prezident, 10 ildir ki, Sizin təşəbbüsünüzlə tikilmiş Şamaxı Müalicə Diaqnostika Mərkəzində işləyirik. Həmişə Sizin tibb işçilərinə olan diqqətinizi hiss etmişik. Əmək haqlarımız yaxşı olub. Səhiyyə Nazirliyinin nəzdində olanda əmək haqqımız 500-600 manat civarında idi. İcbari Tibbi Sığortaya keçdikdən sonra əmək haqqımız 50 faiz azalaraq 200-300 manata düşüb. 

Sizdən xahiş edirik ki, işimizin ağır və məsuliyyətli olduğunu nəzərə alaraq  əmək haqqımızın artırılmasına kömək edəsiniz. 

Hazırda TƏBİB-in tabeliyində olan Qazax, Bərdə, Şirvan, Lənkəran, Füzuli və Cəlilabad diaqnostika mərkəzlərinin işçiləri Səhiyyə Nazirliyinin dövründə olduğu kimi yüksək əmək haqqı alırlar. 2020-ci ilin yanvar ayına qədər biz də o cür almışıq. Amma indi İcbari Tibbi Sığortanın bütün qaydaları ilə işləməymizə və eyni qurumdan maliyyələşməyimizə baxmayaraq yuxarıda sadaladığımız diaqnostika mərkəzlərinin işçilərində 50 faiz aşağı maaş alırıq. 
Sizin bu məsələyə diqqət yetirmənizi xahiş edirik. İnanırıq ki, bizə yardım edəcəksiniz. Əvvəlcədən təşəkür edirik”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol