• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı YENİ QƏRAR

Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı YENİ QƏRAR
29.05.2020 09:08
Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nda dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qaydalar «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 165 nömrəli Fərmanına əsasən hazırlanmışdır və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarətin həyata keçirilməsini müəyyən edir.

Qeyd olunub ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi mülki aviasiya subyektləri tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək məqsədi ilə öz strukturunda Azərbaycan Respublikasında mülki aviasiyanı idarə edən dövlət orqanının rəhbərinə bilavasitə tabe olan müfəttiş orqanı yaradır və «Azərbaycan Respublikası mülki aviasiyasının fəaliyyətini nizama salan dövlət müfəttiş orqanı üçün təlimat» hazırlayaraq müəyyən olunmuş qaydada təsdiq edir.

Dövlət Mülki Aviasiya Agentliyi indiyə qədər Azərbaycanın hava nəqliyyatını istismar edən aviasiya şirkətləri və mülki aviasiya subyektləri istismarçı şəhadətnaməsinin (sertifikatının) və fəaliyyətə müvafiq olması haqqında şəhadətnamənin (sertifikatın) xüsusi istismar tələblərini yerinə yetirmədiyi və ya yerinə yetirmək iqtidarında olmadığı üçün onların fəaliyyətini dayandırırdı (məhdudlaşdırırdı). Dəyişikliklə, bu, yeni qərarda öz əksini tapmayıb.

Dəyişikliyə edilən əlavəyə əsasən isə Agentlik "Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülki aviasiya istismarçılarına sertifikatların və bu sahədə fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatlarının verilməsi, onları verməkdən imtina edilməsi, qüvvədəolma müddətlərinin dayandırılması və ləğv edilməsi barədə qərarlar qəbul edəcək. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol