• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il məcburi köçkünlər üçün tikiləcək evlərin sayı məlum oldu

Bu il məcburi köçkünlər üçün tikiləcək evlərin sayı məlum oldu
02.04.2020 18:30
Bu ilin ilk aylarında məcburi köçkünlər üçün Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi ərazisində 645 fərdi evdən ibarət 3 qəsəbə və Füzuli rayonu ərazisində 95 həyatyanı sahəsi olan evlərdən ibarət yeni qəsəbənin tikintisi başa çatdırılacaq. 

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, 2020-ci ilin birinci rübündə məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsinə başlanılacaq.
Hesabata əsasən, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonunda "Qobu Park-3" yaşayış kompleksində 1352 və "Qobu Park-4" yaşayış kompleksində 1300 mənzilin inşası nəzərdə tutulub.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi və Dövlət Neft Fondunun vəsaiti hesabına Abşeron rayonunda (Sumqayıt d/y st-nın yanı) 1890, Samux rayonunda 200, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 800 mənzilli yaşayış komplekslərinin inşa olunacaq.

Hökumətin hesabatında vurğulanıb ki, Azərbaycanın dövlət büdcəsində dövlət investisiya xərcləri üzrə ayrılan vəsait hesabına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 270, Abşeron rayonunda (Sumqayıt d/y st-nın yanı) 1152, Abşeron rayonun Ramana qəsəbəsində 1512, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində 576 mənzilli yaşayış komplekslərinin və Bakı şəhəri Qaradağ rayonunda 180 mənzilli "Ümid-3" qəsəbəsinin inşası nəzərdə tutulub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol