• $
  • €
  • ₽
  • ₺
  • £

İxtisas seçimi necə aparılmalıdır?

İxtisas seçimi necə aparılmalıdır?
28.05.2020 21:36
Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı. 
ANN.az-ın məlumatına görə, bu proses avqustun 5-dək davam edəcək.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidirlər.
İxtisas seçmək hüququna yalnız test imtahanında iştirak etmiş və imtahan nəticələri müsabiqə şərtlərini tam ödəyən abituriyentlər malikdirlər.
“Abituriyentin elektron ixtisas seçimi ərizəsi” ilə işləmək üçün abituriyent:
1. Məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə 1000-9999 intervalında olan ixtiyari 4 rəqəmli parol müəyyənləşdirir. Bu parol abituriyentin öz elektron ixtisas seçimi ərizəsinə hər dəfə daxil olub işləmək istədiyi halda proqram tərəfindən soruşulacaq. Abituriyent parolunu unutmamalı və məxfi saxlamalıdır.
2. www.tqdk.gov.az internet saytında yerləşdirilmiş ixtisas seçiminə aid linkə (və ya 
www.eservices.tqdk.gov.az/erizebak/pageparol.aspx internet ünvanına) daxil olur.
3. Açılmış səhifədə müvafiq sahələrə iş nömrəsini və şifrini daxil edib "Daxil ol" düyməsini basır.
4. İş nömrəsi və şifr düzgün daxil edildiyi halda ekranda “Parolunuzu daxil edin” və “Parolunuzu təkrar daxil edin” sahələri açılır. Abituriyent bu sahələrə 4 rəqəmli parolu daxil edir və “Növbəti” düyməsini basır. “Növbəti” düyməsi basıldıqdan sonra abituriyentin iş nömrəsi, soyadı, adı, atasının adı, bölməsi, ixtisas qrupu, imtahan verdiyi xarici dil, imtahan fənlərindən topladığı nisbi ballar və ümumi balı əks olunan yeni səhifə açılır. Bu səhifəyə ixtisas kodlarını daxil etmək üçün nəzərdə tutulmuş 15 boş sahə və hər sahənin qarşısında müvafiq ixtisasın dövlət sifarışı və ya ödənişli əsaslarla olmasını qeyd etmək üçün qeyd sahəsi yerləşdirilmişdir.
5. Qəbul olmaq istədiyi 15-dək ixtisasın kodunu istəyinə uyğun ardıcıllıqda müvafiq sahələrə daxil edir. Abituriyent ixtisas kodunu daxil etdikdən sonra onun dövlət sifarışı və ya ödənişli əsaslarla olmasını mütləq qeyd etməlidir. Əgər daxil edilmiş ixtisas kodunun qarşısında dövlət sifarışı və ya ödənişli əsaslarla olması barədə qeyd olmazsa, məlumatlar yadda saxlanılmır. İxtisas kodu iki dəfə daxil edilə bilər. Lakin kodların qarşısındakı qeydlər (dövlət sifarışı və ya ödənişli əsaslarla) mütləq fərqli olmalıdırlar. Əks halda bu kodların ikincisi səhv kod kimi qəbul olunacaq və ərizəni təsdiqləmək mümkün olmayacaq.
6. İxtisas kodlarını daxil etdikdən sonra "Yadda saxla" düyməsini basır. İxtisas kodu düzgün daxil edilibsə, kodun qarşısında ona uyğun olan təhsil müəssisəsinin və ixtisasın adı, təhsil forması və ixtisasın dövlət hesablı və ya ödənişli olması barədə məlumat proqram tərəfindən göstərilir. Səhv olan ixtisas kodunun qarşısına proqram səhvin mahiyyəti barədə məlumat çıxarır.
7. "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləyənədək öz ərizəsinə təkrar müraciət etməklə seçdiyi ixtisasların siyahısında dəyişikliklər apara bilər.
8. Seçimini dəqiqləşdirdikdən sonra "Təsdiq et" düyməsini basmaqla elektron ərizəni təsdiqləyir. "Təsdiq et" düyməsi basıldıqda proqram abituriyentə bundan sonra düzəliş aparmağa imkan verilməyəcəyi barədə xəbərdarlıq edir və seçim üçün “Təsdiq” və “İmtina” düymələrindən birini basmağı təklif edir. Abituriyent “İmtina” düyməsini basmaqla təsdiqdən imtina edib elektron ərizədə yenidən düzəliş apara bilər. Əgər abituriyent “Təsdiq” düyməsini basarsa, elektron ərizə təsdiqlənir və bundan sonra elektron ərizədə düzəliş etməyə imkan verilmir.
9. Abituriyent “Çap variantı” düyməsindən istifadə etməklə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin surətini çap edir.
Qeyd edək ki, müsabiqəyə yalnız iyulun 24-dən avqustun 5-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol