• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz” məlumat yaydı

“Azəriqaz” məlumat yaydı
28.05.2020 23:06
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Hökumətinin gördüyü tədbirlərə, qəbul etdiyi qərarlara uyğun olaraq bir sıra xidmət sahələrinin iş qrafikində də dəyişiklik edilib. O cümlədən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi də fəaliyyətini ümumi tədbirlər proqramına uyğunlaşdırıb.
 
"Azəriqaz”dan Anews.az-a verilən məlumata görə, aprelin 6-dan etibarən Birlik Bakı şəhəri üzrə Müştəri xidmətlərini Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı "ASAN xidmət” və Akademik H.Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı "ASAN Kommunal” mərkəzlərində səhər saat 09:00-dan saat 12:00-dək təqdim edəcək.
 
Birliyin Müştəri xidmətləri üzrə mühəndisləri 5 saylı "ASAN xidmət” Mərkəzində 2 pəncərə üzrə, 1 saylı "ASAN Kommunal” Mərkəzində isə 4 pəncərə üzrə abonentlərin xidmətində olacaqlar. Bundan başqa vətəndaşların müraciətləri Birliyin Mərdəkan, Xırdalan, Sabunçu xidmət sahələrində və Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da qəbul olunacaq. Qeyd edilən bütün məntəqələrdə ən zəruri xidmətlər - yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. icra olunacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol