• $
  • €
  • ₽
  • ₺
  • £

Putin: "Rusiyada hamı "virusoloq" olub"

Putin: "Rusiyada hamı "virusoloq" olub"
07.04.2020 22:30
"Ölkədə hamı "virusoloq" olub".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün koronavirus infeksiyası ilə bağlı vəziyyətə və görülən profilaktik tədbirlərə dair keçirilən iclasda bildirib.

Rusiya cəmiyyətində koronavirus infeksiyası ilə bağlı səsləndirilən müxtəlif fikirlərə münasibət bildirən Prezident ölkədə hamının "virusoloq" olduğunu söyləyib.

Bununla yanaşı, V. Putin həqiqi mütəxəssislərin fikirlərinin koronavirusla bağlı mübarizədə vacib olduğunu vurğulayıb.

V. Putin koronavirus pandemiyasının pik nöqtəsinin hələ keçilmədiyini də bildirib: "Biz çox diqqətli şəkildə vəziyyəti nəzarətdə saxlayırıq, digər ölkələrin müsbət və mənfi təcrübələrini nəzərə alırıq. İndi digərlərinin səhvlərini təkrarlamamaq olduqca vacibdir".

Qeyd edək ki, Rusiyada son sutka ərzində 1154 yeni növ koronavirusa yoluxma halı qeydə alınıb. Ümumulikdə ölkə ərazisində koronavirusa yoluxanların sayı 7497 nəfərə çatıb. İndiyə kimi ölənlərin sayı isə 58 nəfərdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol