• $
  • €
  • ₽
  • ₺
  • £

BMT baş katibi tibb işçilərinə təşəkkür edib

BMT baş katibi tibb işçilərinə təşəkkür edib
28.05.2020 22:19
BMT baş katibi Antonio Quterreş 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı video müraciəti edib. 

ONA xəbır verir ki, BMT-nin Azərbaycan nümayəndəliyinin açıqladığı məlumata görə, A. Quterreş qeyd edib ki, bu il Ümumdünya Sağlamlıq Günü çox çətin bir vaxta qeyd edilir: "Bu gün mən sağlamlığımızı qorumaq üçün gecə-gündüz çalışan səhiyyə işçilərinə, o cümlədən tibb bacıları, mamalar, texniklər, təcili tibbi yardım işçiləri, əczaçlar, həkimlər, sürücülər, xadimələr, inzibatçılar və digərlərinə müraciət edirəm. Bu gün pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünüzü riskə ataraq gecə-gündüz çalışdığınız üçün sizlərə hər zamankından daha çox minnətdarıq. 2020-ci il Beynəlxalq tibb bacısı və mamalar ilidir və mən onların xüsusi təcrübə və öhdəliklərini vurğulamaq istəyirəm. Hamımızın tibb bacıları və mamalara göstərdikləri qayğı və peşəkarlığa görə minnətdar olmağımız üçün səbəbimiz var. Bilirəm ki, bu belədir. Tibb bacıları səhiyyənin ən böyük yükünü daşıyırlar. Bu cür travmatik işi müşayiət edən zədələnmə, yoluxma  və əqli sağlamlığa riski gözə alaraq çətin iş görürlər və uzun müddət çalışırlar. Onlar çox vaxt insanlara həyatlarının son günlərində rahatlıq təmin edirlər. Mamalar həyatın başlanğıcında rahatlığı təmin edirlər. Pandemiya zamanı onların işi daha da çətinləşir, çünki körpələrimizin salamat doğulmasını təmin edirlər. Dünyanın bütün tibb bacıları və mamalarına səslənirəm: gördüyünüz iş üçün təşəkkür edirəm. Bu ağır dövrdə bütün tibb işçilərinə deyirəm: biz sizinləyik və sizə güvənirik. Sizinlə fəxr edirik; siz bizi ilhamlandırırsınız. Biz sizə borcluyuq".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol