• $
  • €
  • ₽
  • ₺
  • £

Qazax rayon icra hakimiyyəti evində yeməyə çörəyi olmayan vətəndaşa kömək etmir

Qazax rayon icra hakimiyyəti evində yeməyə çörəyi olmayan vətəndaşa kömək etmir
29.05.2020 11:01
Qazax Rayon İcra Hakimyyəti yardım payladı. Yardımı ancaq maddi vəziyyəti yaxşı olanlara  verdilər. Bunu Anews.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunda  Qazax rayon Yuxarı Salahlı kənd sakini Vəzir Eminov bildirib.

Eminov bildirir ki, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən yardım ancaq imkanlı  adamlara paylanılır. "Koronavurisla bağlı sərt qanunlar tətbiq ediblər. Evdən çıxmaq mümkün deyil. Maksimum 2 saat çıxmağa imkan yaradıblar. 2 saat ərzində heç yerdə işləmək mümkün deyil. Bizdə ölkə rəhbərinin, dövlətin tələb etdiyi qaydalara riayət edirik. Lakin bir sual yaranır mən ailəmi maddi ehtiyacını necə qarşılayım? İşsizlikdən əziyyət çəkirəm. Bununla bağlı Qazax Rayon İcra Hakimiyyətində qəbulda olmuşam. Heç bir köməklik etmədilər. İşlə təmin olunmağıma yardım etmədilər. Hətta koronavirusla bağlı rayon icra hakimiyyəti kəndlərdə yardım payladı. Amma həmin yardımı  imkanlı şəxslərə, övladı polisdə işləyənə, fermer təsərrüfatı olanlara verdilər. Bizim evimizdə yeməyə çörəyimiz yoxdur. Yardım etdikləri ərzaqlardan belə vermədilər”, - deyə Eminov bildirir.

Onun sözlərinə görə, qaydalarda göstərilən şərtlərə uyğun olsa da, 190 manat yardımı da ala bilmir. " Cənab prezident xalqımızı düşünərək koronavirus pandemiyası əlaqədar əhalinin aztəminatlı ailələrinə yardım etməyi göstəriş versə də yerlərdə buna əməl edən yoxdu. Kənd sakinləri üçün tətbiq olunan qaydalara uyğun olaraq mən 190 manat yardımı almalıyam, lakin bundan da məhrum olmuşam. Niyə ala bilmədiyimi də kənd icra nümayəndəliyindən və rayon icra hakimiyyətindən maraqlanmışam. Ancaq "sənə 190 manat yardım düşmür” ifadəsini eşitmişəm. Hələ də niyə düşmədiyini ayırd edə bilmirəm” – deyə kənd sakini əlavə edir.

Məsələ ilə bağlı Qazax Rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq.  Qazax Rayon İcra Hakimiyətindən  zəngimizə  Babək Alıyev adlı birisi cavab verdi. İcra hakimiyyətinin rəsmisi bildirdi ki, vətəndaşın mövcud şikayətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olduğundan biz köməklik edə bilmərik.  Koronavirus pandemiyasına görə, Qazax Rayon İcra Hakimiyyəti prezidentin çağırışına qoşulmur? Yəni prezident bir illik maaşını koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürür icra başçısı bir ailəyə yardım etmək gücündə deyil?  kimi suallarımızı isə cənab Alıyev cavabsız qoydu.
 
Zaur Qənbərov

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol