• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili İşlər Nazirliyi Ağcabədidəki atışmadan danışdı - VİDEO

Daxili İşlər Nazirliyi Ağcabədidəki atışmadan danışdı - VİDEO
29.05.2020 00:24

"Youtube” sosial şəbəkəsində "Ağcabədinin Avşar kəndində xalq ayaqlandı” başlığı ilə yayılmış video görüntülər həqiqəti əks etdirmir, tamamilə uydurmadır və polis əməkdaşları ilə kənd sakinləri arasında qarşıdurma olduğu barədə illüziya yaratmaq məqsədi daşıyır. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin görüntülərdə eşidilən silah səsləri isə montaj edilərək videoya əlavə edilib. 

Qeyd edək ki, aprelin 10-da rayonun Avşar kənd sakini olan bir qrup şəxsin xüsusi karantin rejimi qaydalarını pozaraq kənd ərazisində toplanmaları barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə 16 nəfər saxlanılaraq, RPŞ-yə gətirilib. Onlardan yeddi nəfəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə həbs, digər doqquz nəfərə isə xəbərdarlıq edilib.

Hazırda Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi və ictimai asayiş tam nəzarətdədir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol