Koronavirus üçün potensial dərmanlar tapılıb - Türkiyəli professor

ABŞ-da Cekson universitetinin baş mütəxəssisi professor Dərya Unutmaz koronavirusla bağlı araşdırmalardan danışıb.
"MediaPost" xəbər verir ki, türkiyəli professor virusla bağlı son məlumatları sosial media hesabından paylaşıb.
"Lakin hələ zamana ehtiyacımız var. Ümidinizi itirməyin. Ən yaxşı elmi jurnallardan olan "Nature"d yer alan məlumatda virusun quruluşunun artıq müəyyənləşdiyi, onu dayandıran potensial dərmanların tapıldığı açıqlanıb. Normalda hansısa xəstəliyə qarşı bir dərmanın tapılması 5-10 il vaxt aparır. Virusa qarşı dərmanın tapılması, indiki dünyamızın inkişafı ilə əlaqədardır. Belə bir virus 15-20 il əvvəl baş qaldırmış olsaydı, heç bir şansımız olmayacaqdı".
www.anews.az
Son xəbərlər 
Daha çox 























