• $
  • €
  • ₽
  • ₺
  • £

190 manatla bağlı ən çox verilən sualların CAVABI

190 manatla bağlı ən çox verilən sualların CAVABI
29.05.2020 08:41
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı ən çox yaranan sualları cavablandırıb.
Həmin sual-cavabı sizə təqdim edirik:

- Həyat yoldaşı xarici vətəndaş olan şəxslər necə qeydiyyatdan keçməlidir?

- Ər və ya arvaddan biri xarici vətəndaşlığı olan şəxsdirsə və onun müvəqqəti və ya daimi yaşama icazəsi varsa, qeydiyyatdan keçə bilər.

- Tələbənin işləməyən yoldaşı birdəfəlik ödənişi ala bilər?

- Ər və ya arvaddan biri ali və ya orta ixtisas təhsil müəssisəsində əyani təhsil alırsa və ona təqaüd ödənilmirsə, bu zaman müraciət edən ər və ya arvada birdəfəlik ödəmə təyin olunur.

-Müraciət zamanı həyat yoldaşının FİN-i vacibdir?

-FİN birdəfəlik ödəmə üçün müraciət zamanı ər və ya arvadın gəlirinin müəyyən edilməsi üçün tələb olunur.

İşsiz şəxsin pay torpağı var, amma Dövlət Aktı atasının adındadır. Ayrı yaşayırlar. Bu halda həmin işsiz qeydiyyatdan keçə bilər?

"Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pay torpağı mülkiyyətçiləri məşğul şəxs hesab edildiyi üçün işsiz kimi qeydiyyata alına bilməz.

-Bir il öncə işsiz kimi qeydiyyata düşən şəxs o zaman qeyd etdiyi mobil nömrəni hazırda istifadə etmirsə, ona gələcək SMS haqqında necə məlumat ala bilər?

-Telefon nömrəsi dəyişilibsə, bu barədə vətəndaş qeydiyyatda olduğu rayon(şəhər) Məşğulluq Mərkəzinə zəng edərək məlumat verməlidir.

- E-sosial.az portalında qeydiyyatdan keçənlərə SMS nə vaxt gələcək?

- Portaldan qeydiyyatdan keçdikdən sonra məlumatlar "Məşğulluq” altsistemi üzərindən emal prosesinə daxil olur. Növbəlilik qaydasında aparılan prosesin nəticəsi barədə SMS göndərilir.
 
Birdəfəlik ödəmə təyin olunduqda göndərilən SMS-də ödəməni haradan əldə edilməsi barədə məlumat verilir.

- Qeydiyyatdan keçən zaman telefon nömrəsini səhv qeyd edənlər nə etməlidir?

- Qeydiyyatdan keçən zaman telefon nömrəsinin düzgün göstərilməsi vacibdir. Səhv qeyd olunduğu təqdirdə vətəndaş qeydiyyatda olduğu rayon(şəhər) Məşğulluq Mərkəzinə zəng edərək hazırda aktiv istifadə etdiyi telefon nömrəsi barədə məlumat verərək dəyişiklik apara bilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol