“Koronavirusa görə özünü yoxla” proqramı istifadəyə verildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən "Koronavirusa görə özünü yoxla” proqramı hazırlanıb.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, BMT-nin İnkişaf Fondunun (UNDP) dəstəyi ilə hazırlanan proqramın məqsədi insanlara müvafiq tibbi yardım üçün müraciət etmək barədə qərar verməkdə yardımçı olmaqdır.
Özünü yoxlama proqramı hər hansı xəstəlik (o cümlədən COVID-19) və ya digər tibbi vəziyyətlərin diqnostikası və ya müalicəsi üçün nəzərdə tutulmayıb.
Özünü yoxlama proqramı koronavirusa yoluxma riskini müəyyən etmək üçün hazırlanıb və tibb mütəxəssislərinin rəyini, klinik müayinəsini əvəz etmir.
Proqram yalnız Azərbaycanda yaşayan insanlar üçün nəzərdə tutulub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























