• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - RƏSMİ AÇIQLAMA
29.05.2020 07:26
Sosial şəbəkələrdə Ağsu Rayonu Polis Şöbəsi rəisinə məxsus xırdabuynuzlu heyvanların sakinlərin taxıl sahəsini yararsız hala salması barədə məlumat paylaşılıb.

İddia edilib ki, rayonun Ləngəbiz kənd sakinləri buna etiraz edəndə əraziyə polis yeridilib. İnsanları karantin qaydalarını pozmaqda ittiham edərək, həbs edib və polis bölməsində döyüblər.
Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, Ağsu RPŞ-nin rəhbərliyinə aid təsərrüfatla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və qərəzlidir:

"Aparılan araşdırma zamanı məlum olub ki, aprelin 17-də Ağsu rayonunun Ləngəbiz kəndi ərazisində bir qrup şəxs rayonun Cəfərli kənd sakini Alxan Paşayevə məxsus xırdabuynuzlu mal-qaranın bələdiyyəyə məxsus örüş sahəsindən keçərək, İsmayıllı rayonuna getməsinə etiraz əlaməti olaraq toplaşıb.

Əraziyə gələn polis əməkdaşları onlara ölkədə xüsusi karantin rejimi qaydalarını pozmaları barədə dəfələrlə xəbərdarlıq etsələr də, onlar polisin qanuni tələbinə məhəl qoymayıb, qaydaları pozmağa davam ediblər”.

"Bu səbəbdən orada olan şəxslərdən 15 nəfəri saxlanılaraq, Ağsu RPŞ-yə gətirilib və barələrində qanunauyğun müvafiq tədbirlər görülüb. Onların döyülməsi ilə bağlı iddialar əsassız və böhtan xarakterlidir, - deyə DİN rəsmisi qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol