Bakıda gənc qəbiristanlıqda intihara cəhd etdi

Aprelin 22-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini, 1994-cü il təvəllüdlü Qurban Süleymanov biri qarın nahiyəsinə nüfuz edən, çoxsaylı bıçaq yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Yaralı şəxs ilkin dindirmə zamanı etiraf edib ki, özünə xəsarət yetirib. Hadisə aprelin 19-da qəsəbə qəbiristanlığında baş verib. Q.Süleymanov bu vasitə ilə intihar etmək istədiyini söyləyib.Eyni zamanda, məlum olub ki, gənc əvvəllər də oğurluq və avtomobil qaçırdığına görə mühakimə olunub.
www.anews.az
























